“Arsenal” danimarkalı futbolçunu aldı
Danimarkalı futbolçu Kristian Nyorqor “Brentford”dan “Arsenal”a keçib.
Msport.az “topçular”ın rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin keçidi rəsmiləşib.
Nyorqor bütün turnirlərdə 196, Premyer Liqada isə 122 oyun keçirib, 13 qol vurub, 18 məhsuldar ötürmə verib.
Qeyd edək ki, “Arsenal” İngiltərə Premyer Liqasının 2024-25 mövsümünü 2-ci yerdə başa vurub.