featured-image-47167

İspaniyanın “Real” klubunun futbolçusu Ferlan Mendi karyerasını İngiltərə davam etdirə bilər.

Msport.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, “Arsenal” müdafiəçni heyətinə qatmaq niyyətindədir.

London təmsilçisi 28 yaşlı sol cinah müdafiəçini heyətinə qatmaq üçün yayda “Real”la danışıqlara başlayacaq. “Liverpul”, “Mançester Yunayted” və “Nyukasl” da təcrübəli oyunçu ilə maraqlanır.

Qeyd edək ki, “Real” Ferlan Mendini 2019-cu ilin yayında “Lion”dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol vurub. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Bənzər xəbərlər