featured-image-29607

Bukayo Saka yaxın günlərdə “Arsenal”la yeni müqaviləyə imza atacaq. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, 21 yaşlı futbolçunun anlaşması 2028-ci ilin iyununa kimi olacaq. London klubu yaxın vaxtlarda bunu elan edəcək.

Saka cari mövsümdə İngiltərə Premyer Liqasında 35 oyunda 13 qol vurub və 11 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər