“Arsenal” Haverts üçün rəsmi təklif göndərib
“Arsenal” “Çelsi”nin futbolçusu Kay Haverts üçün rəsmi təklif göndərib.
Msport.az xəbər verir ki, “topçular” artıq həm “zadəganlar”la, həm də Havertsin özü ilə danışıqlar aparıb.
23 yaşlı hücumçunun London klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdi.
Haverts son mövsüm “Çelsi” formasıyla 47 oyuna çıxıb, 9 qol vurub və bir məhsuldar ötürmə edib.
Daha əvvəl Havertslə “Real Madrid”in maraqlandığı haqda xəbərlər yayılmışdı.
Royal Türksoy







