“Arsenal” hücumçusunu 46 milyona satmağa hazırdır
Eddi Nketia İngiltərənin “Arsenal” klubunu tərk edə bilər.
Msport.az “Football Insider” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisiu 24 yaşlı hücumçunu 46 milyon avroya satmağa hazırdır.
Forvardla “Vest Hem”, “Brentford” və “Kristal Pelas” maraqlanır.
Oyunçu cari mövsüm “topçular”da 24 oyuna 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.







