“Arsenal” hücumçusuyla yeni müqavilənin şərtlərini razılaşdırdı
“Arsenal” hücumçusu Reyss Nelsonla müqaviləni yeniləyəcək.
Msport.az xəbər verir ki, tərəflər yeni müqavilənin şərtlərini razılaşdırıblar. Yeni sözləşmənin müddəti 2027-ci ilə qədər olacaq. 23 yaşlı futbolçu 2017-ci ildən “topçular”ın şərəfini qoruyur.
Qeyd edək ki, Nelson son mövsüm ərzində 18 oyunda iştirak edib, 3 qol və 3 assistlə fərqlənib.
Royal Türksoy







