"Arsenal"ilk transferini açıqladı - RƏSMİ
“Arsenal” Kay Havertsin transferini rəsmən açıqlayıb. Msport.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.
“Topçular” bu transferə görə “Çelsi”yə 75 milyon avro ödəyiblər.
Almaniyalı futbolçu yeni komandasında 29 nömrəli formada çıxış edəcək.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Havertsi öz komandasında görmək istəyirdi.
Haverts “Çelsi”yə 2020-ci ilin sentyabrında “Bayer”dən keçmişdi. Onun “Çelsi” ilə müqaviləsi 2025-ci ilin yayına kimi idi.
Almaniya millisinin üzvü “Çelsi” ilə Çempionlar Liqasını, Avropa Superkubokunu və klublararası dünya çempionatını qazanıb.
ANAR







