“Arsenal”ın 13 oyunluq məğlubiyyətsiz seriyasına son qoyuldu
“Arsenal” sentyabrdan sonra ilk dəfə İngiltərə Premyer Liqasında məğlub olub.
Msport.az xəbər verir ki, London klubu 22-ci turda “Everton”a uduzub – 0:1.
Buna qədər “topçular” sonuncu dəfə sentyabrın 4-də “Mançester Yunayted”ə yenilmişdilər – 1:3.
Bunnunla da Artetanın komandasının 13 oyunluq məğlubiyyətsiz seriyasına son qoyulub. “Arsenal” 13 matçın 11-də qələbə qazanmışdı, 2 görüşü isə heç-heçə başa vurmuşdu.
Qeyd edək ki, “Everton”un baş məşqçisi Şon Dayç ilk oyununda qələbə qazanıb. O, Frenk Lempardın yerinə bu posta təyin olunmuşdu.
ANAR ABDULLAYEV







