“Arsenal”ın azarkeşi aclıq elan etdi
Rusiyanın “Arsenal” klubunun azarkeşi maraqlı addım atıb.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Tula klubunun ardıcıl məğlubiyyətlərindən sonra azarkeşlərdən biri aclıq elan edib.
Fanat martın 20-də video çəkərək bildirib ki, qələbə qazanılmayana qədər heç nə yeməyəcək.
Bu videodan sonra “Arsenal” klubu futbolçu Kiril Pançenkonu pitza ilə fanatln evinə göndərib.
Pançenko gələn tur qələbə qazanmağa çalışacaqlarını deyərək, azarkeşdən aclığı dayandırmasını xahiş edib.
“Qeyd edək ki, Arsenal” birinci dəstədə 5 oyundur qələbə qazana bilmir.
ANAR ABDULLAYEV







