featured-image-15843

İngiltərənin “Arsenal” klubunun ispaniyalı müdafiəçisi, hazırda İtaliya A Seriyasında mübarizə aparan “Montsa”da icarə əsasında çıxış edən Pablo Mari bıçaqlanıb.

Msport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hadisə Milandakı ticarət mərkəzlərindən birində baş verib.

Naməlum şəxs Pablo ilə yanaşı daha dörd nəfəri bıçaqlayıb. Onlardan üçünün vəziyyətinin daha ağır olduğu bildirilir. İspan futbolçunun durumunun nə dərəcədə ağır olması isə dəqiq açıqlanmır. “Montsa” da rəsmi saytında açıqlama yayaraq, ona tezliklə sağalmağı arzulayıb.

Hadisəni törədən şəxs saxlanılıb. 46 yaşlı həmin şəxs italiyalıdır. Yerli hüquq-mühafizə orqanları hadisənin terror aktı olduğunu ehtimal edirlər.

Pablo Mari bu ilin avqustunda icarə əsasında “Montsa”ya keçib. 29 yaşlı mərkəz müdafiəçisi A Seriyası təmsilçisində 8 oyuna çıxıb, 1 qol vurub.

Bənzər xəbərlər