featured-image-46371

İngiltərənin “Arsenal” klubunun futbolçusu Martin Edeqor karyerasını başqa klubda davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Əkrəm Konur sosial şəbəkə hesabında bildirib.

Norveçli yarımmüdafiəçi bir neçə top klubun maraq dairəsindədir.

PSJ, “Bavariya” və “Real” onu transfer etmək niyyətindədir.

Qeyd edək ki, norveçli oyunçu cari mövsüm bütün yarışlarda 39 oyun keçirib, 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, “topçular”a məhz “Real”dan keçib.

Bənzər xəbərlər