featured-image-25832

“Arsenal”ın müdafiəçisi Takehiro Tomiyasu dizindən ağır zədə alıb. Msport.az xəbər verir ki, yaponiyalı futbolçunun “Sportinq”lə Avropa Liqasının martın 16-da keçirilmiş oyununda ayağında problem yaranıb və o, 9-cu dəqiqədə əvəzlənib.

24 yaşlı oyunçu artıq əməliyyat olunub. O, bu mövsüm meydana çıxa bilməyəcək.

Tomiyasu İngiltərə Premyer Liqasında 21 oyunda forma geyinib və 1 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər