featured-image-54643

İngiltərənin “Arsenal” klubu Çempionlar Liqasında keçirdiyi son dörd səfər matçında qol vura bilməyib.

Msport.az xəbər verir ki, London təmsilçisi son olaraq İtaliyada “Atalanta” ilə heç-heçə edib.

Liqa mərhələsinin I turuna təsadüf edən qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, “topçular” sentyabrın 22-də İngiltərə Premyer Liqasının V turunda “Mançester Siti”nin qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Bənzər xəbərlər