featured-image-43302

İngiltərənin “Arsenal” klubunun futbolçusu Martin Edeqor yeni nailiyyətə imza atıb.

Msport.az “Squawka” nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Avropanın ən güclü 7 liqasında yaratdığı təhlükəli qol epizodu və cərimə meydanına dəqiq ötürmə sayında liderlik edir.

25 yaşlı norveçli oyunçu 61 qol vəziyyəti yaradıb və cərimə meydanına 22 dəqiq ötürmə verib.

Qeyd edək ki, Martin Premyer Liqanın cari mövsümündə 21 matç keçirib. O, 4 qol və 5 assistə imza atıb.

Bənzər xəbərlər