“Arsenal” ispaniyalı qapıçı ilə anlaşdı
“Arsenal” David Raya ilə razılığa gəlib.
Msport.az xəbər verir ki, “Brentford”la danışıqlar isə davam edir. “Bavariya”nın da yaxından maraqlandığı ispan qapıçı “topçular”a keçməyin bir addımlığındadı.
“Arsenal” yeni qapıçı transferindəki niyyəti həmin mövqedə rəqabət yaratmaqdı.
Raya 2019-cu ildən “Brentford”da çıxış edir. O, bu müddətdə 161 oyuna çıxıb və 54 oyunda qapısını qola bağlaya bilib.







