featured-image-60122

Qabriel Jezus ağır zədə aldığından “Arsenal” yeni hücumçu axtarışına çıxıb. Msport.az xəbər verir ki, London klubu “Leyptsiq”in forvardı Benyamin Şeşko ilə maraqlanır.

21 yaşlı futbolçunun alışı “topçular”a 82 milyon avroya başa gələ bilər. “Arsenal” həm də Şeşkonun icarəyə götürülməsi variantlarını da nəzərdən keçirir.

Şeşko bu mövsüm bütün turnirlərdə 25 oyunda 13 qol vurub və 3 məhsuldar ötürmə verib.

Onun “Leyptsiq”lə müqaviləsi 2029-cu ilin yayına kimidir.

 

 

Bənzər xəbərlər