featured-image-65968

“Arsenal” “Leypsiq”in hücumçusu Benyamin Şeşkonu transfer etmək niyyətindədir.

Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, londonlular Sloveniya millisinin forvardının mümkün transferini konkret şəkildə müzakirə edirlər. Almanlar ötən ilin yayında və qış fasiləsində “topçular”ın futbolçu ilə bağlı sorğusunu rədd etmişdi. “Arsenal” rəhbərliyi Şeşkonun peşəkar keyfiyyətlərini yüksək qiymətləndirir və hesab edir ki, o, komandanı əhəmiyyətli dərəcədə gücləndirə bilər.

Qeyd edək ki, Şeşko geridə qalan mövsüm 45 matçda 21 qol vurub, 6 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər