“Arsenal” misirli yarımmüdafiəçi ilə müqaviləni uzatdı
“Arsenal” Mohammed El-Nenni ilə müqavilənin müddətini uzadıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşma 2024-cü ilə qədər nəzərdə tutulub.
Misirli yarımmüdafiəçi 2016-ci ildən “topçular”ın heyətində çıxış edir. O, komandanın heyətində bütün turnirlərdə 155 oyun keçirib, 6 qol vurub və 10 məhsuldar ötürmə verib.
30 yaşlı futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasında 5 görüşdə meydana çıxıb.
ANAR ABDULLAYEV







