"Arsenal" möhtəşəm komandadır - Massimiliano Alleqri
“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunda “Arsenal”a məğlubiyyəti (0:1) şərh edib.
Msport.az xəbər verir ki, İtaliyalı mütəxəssis rəqibingüclü olduğunu deyib:
“Arsenal” əla komandadır. Onlarla oyunda səbrli davranmalı idik. Biz qol buraxmaya bilərdik, hətta fərqlənmək imkanımız da var idi. Səhvlərimizi analiz etməliyik. Birinci hissədə texniki baxımdan daha yaxşı oynaya bilərdik. Lakin “Arsenal” əla oyun keçirdi və qol vurdu. “Arsenal” möhtəşəm komandadır”.







