featured-image-45001

“Arsenal” icarə əsasında komandada çıxış edən David Rayanı birdəfəlik transfer etmək istəyir.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Topçular” 28 yaşlı qolkiperin çıxışından razıdır. London təmsilçisi yalnız 27 milyon funt-sterlinq qarşılığında oyunçunu heyətinə qata bilər.

Qeyd edək ki, David Raya müqavilə ilə “Brentford”a məxsusdur. O, cari mövsüm bütün turnirlərdə 29 matçda meydanda olub.

Bənzər xəbərlər