“Arsenal” rekord transferə hazırlaşır
İngiltərənin “Arsenal” klubu “Nyukasl”da çıxış edən Aleksandr İsakı heyətinə qatmaq istəyir.
Msport.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
İddiaya görə, London təmsilçisi 25 yaşlı hücumçu üçün rekord məbləğ – 120 milyon avro ödəməyə hazırdırlar. “Topçular” daha əvvəl Deklan Rays üçün “Vest Hem”ə 116,6 milyon avro verib.
Qeyd edək ki, İsveç millisinin də formasını geyinən İsak bütün turnirlərdə 10 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı klubu ilə müqavilə 2028-ci ildə başa çatacaq.