featured-image-44486

Türkiyə millisinin və “Fənərbağça” klubunun futbolçusu Ferdi Kadıoğlu İngiltərə təmsilçisi “Arsenal”ın gündəmindədir.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, “topçular”ın idman direktoru Edu Qaspar 24 yaşlı cinah müdafiəçisini yaxından izləyib.

O, İstanbul təmsilçisinin “Hatayspor”a 2:0 hesabı ilə qalib gəldiyi Superliqa matçında tribunadan baxıb.

Londonluların Kadıoğlunu mövsümün sonunadək izləyəcəyi bildirilib.

Bənzər xəbərlər