“Arsenal” Tilemansın nümayəndələri ilə danışıqlara başladı
“Arsenal” “Lester”in yarımmüdafiəçisi Yuri Tilemansın nümayəndələri ilə danışıqlara başlayıb. Msport.az “Football İnsider”ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun müqaviləsi yayda başa çatır.
Avropanın bir çox klubları belçikalı oyunçunu azad agent kimi ələ keçirmək istəyirlər.
“Nyukasl” və “Barselona” yayda Tilemansı havayı heyətə cəlb etməyi düşünürlər. Yarımmüdafiəçinin əməkhaqqı ilə bağlı tələbləri yüksək olacaq.
Tilemans 2019-cu ildən “Lester”də çıxış edir.
ANAR ABDULLAYEV







