“Arsenal” uduzdu, “Barselona”dan heç-heçə
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Msport.az xəbər verir ki, “Napoli” İtaliyada “Barselona”nı qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə bitib. Kataloniya təmsilçisində 60-cı dəqiqədə Robert Levandovski, Neapol klubunda 75-ci dəqiqədə Viktor Osimhen fərqlənib.
Günün digər görüşündə “Portu” Portuqaliyada “Arsenal”la üz-üzə gəlib. London təmsilçisi rəqibinə uduzub – 0:1.







