“Arsenal” və “Atletiko”dan darmadağın, “Mançester Siti”dən heç-heçə
UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tur başlayıb.
Msport.az xəbər verir ki, azarkeşlər ilk oyun günündə 9 görüşə şahidlik ediblər.
Almaniya “Bavariya”sı Fransanın PSJ klubunu 1:0, İspaniya təmsilçisi “Barselona” (İspaniya) isə “Brest”i (Fransa) 3:0 hesabı ilə məğlub edib.
İngiltərənin “Mançester Siti” komandası isə doğma meydanda Niderland “Feyenoord”u ilə 3:3 hesablı heç-heçə edib.
UEFA Çempionlar Liqası, Əsas mərhələ
V tur
“Slovan” (Slovakiya) – “Milan” (İtaliya) – 2:3
“Sparta” (Çexiya) – “Atletiko” (Madrid, İspaniya) – 0:6
“Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Niderland) – 3:3
“Bavariya” (Almaniya) – PSJ (Fransa) – 1:0
“İnter” (İtaliya) – “Leyptsiq” (Almaniya) – 1:0
“Barselona” (İspaniya) – “Brest” (Fransa) – 3:0
“Bayer” (Leverkuzen, Almaniya) – “Zaltsburq” (Avstriya) – 5:0
“Sportinq” (Lissabon, Portuqaliya) – “Arsenal” (İngiltərə) – 1:5
“Yanq Boyz” (İsveçrə) – “Atalanta” (İtaliya) – 1:6
Qeyd edək ki, turun digər qarşılaşmaları bu gün təşkil olunacaq.