“Arsenal” və “Barselona”nın səfər oyunu
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçları bu gün başa çatacaq.
Msport.az xəbər verir ki, son oyun günündə də iki qarşılaşma keçiriləcək.
Günün ilk oyununda Portuqaliya “Portu”su doğma meydanda İngiltərənin “Arsenal” klubunu qəbul edəcək. Digər matçda isə İspaniyanın “Barselona” komandası İtaliyada “Napoli”nin qonağı olacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşləri martın 12-də oynanılacaq.







