featured-image-19542

“Arsenal” klubu “Emireyts” stadionunun kənarında Arsen Vengerin heykəlini ucalda bilər.

Msport.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Fransız mütəxəssis klubdan ayrıldıqdan sonra ilk dəfə “Arsenal”ın oyununa baş çəkib. O, Premyer Liqanın son turu çərçivəsində keçirilmiş “Vest Hem”lə oyunu canlı izləyib.

Xatırladaq ki, Venger 1996-2018-ci illərdə “Arsenal”ı çalışdırıb. O, komandadan ayrıldıqdan sonra heç bir klubu çalışdırmayıb.

İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən matçda “topçular” “Vest Hem”i məğlub edib – 3:1.

Bənzər xəbərlər