featured-image-29960

“Arsenal” yayda transferlərə 200 milyon funtdan çox pul xərcləyə bilər. Msport.az “The Times”ə istinadən xəbər verir ki, London klubunun bəzi futbolçuları satmaqla yeni oyunçulara bu qədər maliyyə sərf etməsi mümkündür.

“Topçular” Qranit Caka, Emil Smit-Rou, Florin Baloqun, Rob Xoldinq, Nikolya Pepe, Kiran Tirni, Ensli Meytlend-Naylz, Nunu Tavareş, Sedrik Soraş və Alber-Mboyo Lokonqa kimi futbolçuları satışa çıxara bilər.

“Arsenal” rəhbərliyi baş məşqçi Mikel Artetanı dəstəkləyi və transferlərə rekord məbləğdə vəsait ayırmağa hazırdır.

İspaniyalı mütəxəssis “Vet Hem”dən Deklan Rays və “Brayton”dan Moyses Kaysedonun alınmasını istəyir. Bu transferlər London klubuna 170 milyon funta başa gələ bilər.

Məşqçi bir hücumçu və 2 müdafiəçi də transfer edilməsini planlaşdırır. Hücuma “Barselona”dan Rafinya və ya “Bayer”dən Mussa Diabi cəlb oluna bilər.

2019-cu ilin dekabrından Arteta gələndən “Arsenal”ın transfer xərcləri 330 milyon funt olub.

ANAR 

 

Bənzər xəbərlər