featured-image-29073

“Zenit”in futbolçusu Malkom yayda klubunu dəyişə bilər.

Msport.az xəbər verir ki, braziliyalı forvard avrokuboklarda oynamaq istədiyindən Rusiya təmsilçisindən ayrılmaq istəyir. 26 yaşlı futbolçuyla “Arsenal” yaxından maraqlanır. “Topçular” yaxın günlərdə Sankt-Peterburq klubunun rəhbərliyiylə danışıqlara başlamaq niyyətindədir.

Qeyd edək ki, Malkom daha əvvəl “Bordo” və “Barselona”da çıxış edib. O, cari mövsüm ərzində 31 oyunda iştirak edib, 25 qol vurub və 7 assist edib.

Royal Türksoy

Bənzər xəbərlər