Arteta ilə yeni müqavilə
“Arsenal” baş məşqçisi Mikel Arteta ilə müqavilənin müddətini uzadıb. Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssisin yeni sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
42 yaşlı məşqçi 2019-cu ildən “topçular”ı çalışdırır. “Arsenal” ötən mövsüm İngiltərə Premyer Liqasında 2-ci yeri tutub.