featured-image-25432

“Arsenal”ın baş məşqçisi Mikel Arteta həmkarı Erik ten Haqın sözlərinə cavab verib. Msport.az “Sky Sports”a istinadən xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi “Betis”lə Avropa Liqasının oyunundan əvvəl heyətdə zədəli futbolçuların çoxluğundan gileylənmiş və “Arsenal”ı misal çəkmişdi:

“Mövsüm ərzində cəmi bir dəfə tam heyətlə oynamışıq. Qalan vaxt zədələr, cəzalılar. “Arsenal” isə demək olar, həmişə tam heyətlə çıxış edir”.

Artetanın bu fikirlərə cavabı gecikməyib: “Mövsüm ərzində bizdə zədəlilər var idi. Emil Smit Rou 4 ay kənarda qaldı, Qabriel Jezus dörd ay oynamadı. Zinçenko 2,5 ay, Tomas Parti 1,5, Eddi Nketia ay yarım zədədən əziyyət çəkdilər. Bizim zədələrimiz çox oldu, ancaq bunun öhdəsindən gələ bildik”.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər