featured-image-45411

İspaniyanın “Real Sosyedad” klubunun futbolçusu Martin Subimendi karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “Arsenal” yarımmüdafiəçi ilə maraqlanır.

“Topçular”ın baş məşqçisi Mikel Artata oyunçunu komandasında görmək istəyir.

Subimendi 54 milyon funt-sterlinq qarşılığında La La təmsilçisindən ayrıla bilər.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm “Real Sosyedad”ın heyətində 42 oyun keçirib, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər