“Artıq 10 ildir eyni telefonu işlədir”
“Çelsi”nin hücumçusu Kay Haverts çıxış etdiyi futbolçular haqqında maraqlı faktları bölüşüb.
Msport.az “The Guardian”a istinadən xəbər verir ki, o, bəzi oyunçuların çox pul xərclədiklərini xatırladıb:
“Futbolçular həmişə kənardan dəbdəbəli görünürlər. Mən elə oyunçular görmüşəm ki, pal-paltara o qədər pul xərcləyirlər… Demək istəyirsən ki, bunu niyə eliyirsən axı? Elə futbolçular var ki, kənardakıları düşünmürlər.
Mən müxtəlif xarakterə malik olan insanlarla qarşılaşmışam. Məsələn, Nqolo Kante, artıq 10 ildir eyni telefonu işlədir. Onu geyim, avtomobillər maraqlandırmır.
İnsanları xərclərinə görə, günahlandırmaq olmaz. Əgər bu onları xoşbəxt edirsə, qoy olsun. Bələ də ürəklərində çox yaxşı adamdırlar, sadəcə özlərini belə aparırlar”.
ANAR







