featured-image-31570

Luka Modriç Xorvatiya yığmasındakı gələcək karyerasından danışıb. Msport.az xəbər verir ki, 37 yaşlı futbolçu Millətlər Liqasının final mərhələsindən sonra qərarını açıqlayacağını deyib:

“Hazırda bütün fikirlərim Millətlər Liqasının oyunlarına yönəlib. Karyeram barədə bu turnirdən sonra danışmaq olar. Millidəki gələcəyimlə bağlı qərar qəbul etmişəm, lakin hələ ki bunu açıqlaya bilmərəm”.

Qeyd edək ki, Xorvatiya Millətlər Liqasının yarımfinalında Niderlandla üz-üzə gələcək.

ANAR 

 

Bənzər xəbərlər