Artur Melo Premyer Liqaya qayıdır
“Yuventus”un yarımmüdafiəçisi Artur Melo İngiltərəyə qayıda bilər.
Msport.az xəbər verir ki, braziliyalı futbolçunu “Vulverhempton” icarəyə götürmək niyyətindədir. Turin təmsilçisi Melonu məcburi satınalma şərtiylə icarəyə verməyə hazırdı. 26 yaşlı futbolçunun özü də Premyer Liqada qalmaq istəyir.
Qeyd edək ki, Artur ötən mövsümü icarə əsasında “Liverpul”da keçirib.
Royal Türksoy







