featured-image-65051

“Rasinq” Libertadores Kubokunun qrup mərhələsinin V turunda doğma meydanda “Kolo-Kolo”nu 4:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, “Kolo-Kolo”da çıxış edən Arturo Vidal 9 dəqiqəyə 2 sarı vərəqə alaraq meydandan qovulub.

“Bavariya”nın və “Barselona”nın sabiq yarımmüdafiəçisi matçın 54 və 63-cü dəqiqələrində cəzalandırılıb.

O, Çilinin Amerika Kubokunda Argentinaya qarşı qazandığı qələbələrə işarə edərək, tribunalara barmağı ilə 2 göstərdiyi üçün ikinci xəbərdarlığı alıb.

“Rasinq” 10 xalla E qrupuna başçılıq edir. “Kolo-Kolo” isə 2 xalla sonuncudur və pley-offa çıxmaq şansını itirib.

Bənzər xəbərlər