featured-image-49887

Xorvatiya milli komandasının baş məşqçisi Ante Daliç Avro-2024-də uğursuz çıxış etmələrinə aydınlıq gətirib.

Msport.az xəbər verir ki, Xorvatiya 2 oyundan sonra bir xal toplayıb. Luka Modriçin lideri olduğu komanda 1\8 finala vəsiqə qazanmaq üçün mütləq İtaliya üzərində qələbə qazanmalıdır:

“Biz yaxşı başlamadıq. Öz səviyyəmizdə deyildik. Çox asan şəkildə qollar buraxırıq. Qətərdəki dünya çempionatında qrup mərhələsində cəmi 1 qol burxmışdıq, indi isə iki oyunda qapımızda 5 qol görmüşük. Perişiç Qətərdə olan formada deyil. Bəzi futbolçular iki il də yaşlaşıblar və biz güclü rəqiblərlə mübarizə aparırıq. Lakin düşünürəm ki, əsas problem çox rahat qol buraxmağımızdır”.

 

Bənzər xəbərlər