featured-image-31079

“Real Madrid”dən ayrılan Marko Asensio PSJ-yə keçməyə yaxındır.

Msport.az xəbər verir ki, Paris təmsilçisi ispan futbolçuyla tam razılıq əldə edib. Asensioyla danışıqlarda klubun idman müşaviri Luis Kampos iştirak edir. 27 yaşlı yarımmüdafiəçinin PSJ ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. Keçid gələn həftə rəsmi olaraq elan ediləcək.

Qeyd edək ki, Asensio “Real”la bu ayın sonunda bitəcək müqaviləsini yeniləməyib.

Royal Türksoy

Bənzər xəbərlər