featured-image-19642

“Real”ın baş məşqçisi Karlo Ançelotti Marko Asensio ilə Dani Sebalyosun klubdakı gələcəyindən danışıb. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib:

“Mən Asensio və Sebalyosun müqaviləsinin uzadılması ilə bağlı narahat deyiləm. Bizim hələ bu məsələni müzakirə etmək üçün vaxtımız var. Əgər bu futbolçular karyeralarını “Real”da davam etdirmək istəsələr, mən buna şad olaram. Yox, əgər onlar getmək istəsələr, yenə də şad olaram”.

Qeyd edək ki, hər iki futbolçunun müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Bənzər xəbərlər