featured-image-30893

“Real”ın yarımmüdafiəçisi Marko Asensio PSJ-yə keçməyə yaxındır. Msport.az “As”a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu yaxın vaxtlarda Paris klubu ilə müqavilə bağlayacaq. Asensionun 4-5 illik anlaşmaya imza atması gözlənilir.

Onunla “Çelsi”, “Aston Villa” və “Liverpul” maraqlansa da, PSJ-nin təklifi daha cəlbedici olub.

“Real” futbolçusunu komandada saxlamaq istəyirdi, hətta yeni müqavilə də təklif olunmuşdu. Amma Asensio Madrid klubunda əvəzləyici rolunda qalmaq istəməyib.

Marko bu mövsüm İspaniya La Liqasında 30 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər