Asensio “Real”dan ayrılmaq qərarı verdi
Marko Asensio yayda “Real”ı tərk edəcək.
Msport.az xəbər verir ki, 27 yaşlı futbolçu “kral klubu”nun yeni müqavilə təklifini rədd edib.
Asensio ilə “Milan”, “İnter”, PSJ və Premyer Liaqadan bir neçə klub maraqlanır.
Qeyd edək ki, Marko bu mövsüm La Liqada keçirdiyi 30 oyunda 9 qol vurub, 6 assist edib.
Royal Türksoy







