featured-image-42775

Futbol üzrə Asiya Kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.

Msport.az xəbər verir ki, 1/4 finala son vəsiqə uğrunda İran və Suriya yığmaları üz-üzə gəlib.

Əsas və əlavə vaxtı 1:1 başa çatan matç penaltilər seriyasına gedib. Burada daha dəqiq oynayan iranlılar növbəti raunda vəsiqə qazanıblar – 5:3.

Qeyd edək ki, daha əvvəl Avstraliya, Tacikistan, İordaniya, Qətər, Özbəkistan, Cənubi Koreya və Yaponiya milliləri 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Turnirə fevralın 10-da yekun vurulacaq.

1/4 final cütləri

Tacikistan – İordaniya
Avstraliya – Cənubi Koreya
İran – Yaponiya
Qətər – Özbəkistan

Bənzər xəbərlər