featured-image-82546

Mövsümə uğursuz başlayan “Aston Villa” baş məşqçi Unay Emerini istefaya göndərə bilər.

Msport.az xəbər verir ki, komanda hazırda turnir cədvəlinin “zirzəmi”sində qərarlaşdığından, İngiltərə klubunun rəhbərliyi onu işdən çıxarmağı düşünür.

İspaniyalı Sesk Fabreqas Emerini əvəz edə biləcək namizədlər arasında liderdir. “Aston Villa”nın rəhbərlərinin Fabreqasın “Komo”da gördüyü işlərdən təsirləndikləri deyilir.

Qeyd edək ki, “Aston Villa” Premyer Liqada 4 turdan sonra 1 xalla sonuncudan əvvəli – 19-cu pillədə qərarlaşıb.

Bənzər xəbərlər