featured-image-84262

“Milan”ın portuqaliyalı futbolçusu Qonsalu Ramuş PSJ-dən ayrılmasının əsas səbəbinin müntəzəm oyun praktikası qazanmaması olduğunu bildirib.

Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu bu barədə müsahibəsində danışıb.

“PSJ-də keçirdiyim son üç il ərzində, məncə, heç vaxt ardıcıl dörd-beş oyunda start heyətində meydana çıxmamışam. Sabitlik yox idi. Bəzən bu vəziyyət məni məyus edir, əsəbiləşdirirdi. Hətta ardıcıl dörd-beş oyunda qol vurduğum halda, onların heç birinə start heyətində başlamadığım vaxtlar olub. Bunun mənim üçün heç bir məntiqi yox idi. Bu barədə ailəmlə də danışırdım”, – deyə Ramuş bildirib.

Ramuş hələ yanvar ayında PSJ-dən ayrılmaq istədiyini, lakin klubun həmin vaxt buna razılıq vermədiyini də açıqlayıb. Onun sözlərinə görə, Paris təmsilçisinin idman direktoru Luis Kampos yayda transferinə icazə veriləcəyinə söz verib.

Qeyd edək ki, portuqaliyalı futbolçu 2026-cı ilin yayında PSJ-dən “Milan”a keçib. O, İtaliya klubunda daha çox oyun vaxtı qazanmasından məmnun olduğunu bildirib.

Bənzər xəbərlər