featured-image-84256

“Real”ın futbolçusu Federiko Valverdenin səhhəti ilə bağlı xoş xəbər alınıb.

Msport.az xəbər verir ki, “Barselona” ilə El Klasikoda narahatlıq hiss edən futbolçunun ciddi problemi olmadığı müəyyənləşib.

28 yaşlı uruqvaylı futbolçu maqnit-rezonans tomoqrafiyası müayinəsindən keçib. Müayinənin nəticəsində hər hansı zədə aşkarlanmayıb.

Valverde “Barselona”ya qarşı La Liqa matçının ilk hissəsində müdafiə epizodlarından birində sağ budunun arxa hissəsində ağrı hiss edib. Buna baxmayaraq, oyunu davam etdirən futbolçu 62-ci dəqiqədə Denzel Dumfrislə əvəzlənib.

Tibbi müayinənin nəticəsi Valverdenin La Liqada “Rasinq Santander”lə qarşıdakı görüşdə iştirakına maneə olmadığını göstərir. Bununla belə, onun əsas heyətdə meydana çıxıb-çıxmayacağına məşqçilər korpusu qərar verəcək.

Bənzər xəbərlər