featured-image-84264

“Liverpul” argentinalı yarımmüdafiəçisi Aleksis Mak Allisterlə müqaviləni uzatmaq üçün hərəkətə keçməyə hazırlaşır.

Msport.az xəbər verir ki, İngiltərə klubu 27 yaşlı futbolçuya yeni müqavilə təklif etməyi və onunla danışıqlara başlamağı planlaşdırır.

Argentinalı yarımmüdafiəçinin xidmətində “Real”, “Atletiko” və “Mançester Siti” maraqlıdır. “Liverpul” isə futbolçunu yarımmüdafiə xəttinin əsas üzvlərindən biri hesab edir və onu komandada saxlamaq istəyir.

Mak Allisterin hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. O, bu mövsüm bütün turnirlərdə 12 oyuna çıxıb, dörd qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçu ümumilikdə 832 dəqiqə meydanda olub.

Bənzər xəbərlər