“Atalanta”da şok itki – 5-6 ay oynamayacaq
“Atalanta” İtaliya A Seriyasının XXXII turunun “Bolonya” ilə oyununda ciddi itki ilə üzləşib.
Msport.az xəbər verir ki, komandanın mərkəz müdafiəçisi Sead Kolasinats ciddi zədə alıb. 31 yaşlı bosniyalının hərtərəfli müayinəsi zamanı onun sol dizində ön çarpaz bağın yırtılması və xarici menisküsün radial yırtığı aşkar edilib. İddiaya görə, müdafiəçi ən azı 5-6 ay meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Atalanta”nın mərkəz müdafiəçiləri Corcio Skalvini və Stefan Poş da zədəlidir.
Kolasinats bu mövsüm “Atalanta”nın heyətində 34 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.