featured-image-32627

Bosniya və Herseqovina millisinin üzvü Sead Koloşinats karyerasını İtaliya A seriyasında davam etdirəcək.

Msport.az xəbər verir ki, 30 yaşlı futbolçu “Atalanta”ya azad agent kimi keçəcək.

O, Berqamo təmsilçisi ilə 3+1 illik müqavilə bağlayacaq. Koloşinats yaxın günlərdə İtaliya təmsilçisində tibbi müayinədən keçəcək.

Müdafiəçi son iki mövsümü “Olimpik Marsel”də olub. Koloşinats “Şalke” və “Arsenal”ın da formasını geyinib. Təcrübəli oyunçu 5 il (2017-2022) İngiltərə Premyer Liqasında çıxış edib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər