“Atalanta”nı debütanta dəyişdi
Kolumbiya millisinin futbolçusu Xuan Kuadrado İtaliyada klubunu dəyişib.
Mspot.az xəbər verir ki, 37 yaşlı vinger “Atalanta”dan A Seriyasının digər təmsilçisi “Piza”ya keçib.
Komanda 2025-26 mövsümündə A Seriyasında mübarizə aparmaq hüququ qazanıb.
Qeyd edək ki, Kuadrado daha əvvəl “Çelsi”, “Yuventus”, “Udineze”, “Leççe”, “Fiorentina” və “İnter” kimi klubların formasını geyinib. Hücumçu Kolumbiya millisində meydana çıxdığı 116 oyunda 10 qola imza atıb.