featured-image-40286

İtaliyanın “Atalanta” klubunun rusiyalı futbolçusu Aleksey Mirançuk ölkəsinə qayıda bilər.

Msport.az “Euro-Futbol.Ru” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı oyunçu komandada az forma şansı əldə etdiyi üçün narazıdır.

O, bu səbəbdən ölkəsinə qayıtmağı nəzərdən keçirir.

Qeyd edək ki, Mirançuk cari mövsüm 7 qarşılaşmada ümumilikdə 215 dəqiqə meydanda olub.

Bənzər xəbərlər